Xəbər lenti

Ordu döyüş hazırlığına gətirildi - müharibə təhlükəsi
Dünya07:32 21.08.2015

Ordu döyüş hazırlığına gətirildi - müharibə təhlükəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Çen In ölkə qoşunlarını taktiki hücum üçün tam hərbi hazırlığa gətirməyi əmr edib. Avropa.info xəbər verir ki, Kim Çen In ordusuna düşmənin ani hücumuna hazır olması haqda göstəriş verib. 
Əmrin verilməsinə səbəb dünən Cənubi Koreya ordusunun şimalı artilleriya atəşinə tutması olub. Pxenyan cənubdan yayımı kəsməyə və “psixoloji müharibə” aparılması üçün nəzərdə tutulmuş səsgücləndiriciləri yığışdırmağı tələb edib. Əks halda hərbi əməliyyatlar başlayacaq. 
Cənubi Koreya bəyan edib ki, maliyyə bazarındakı vəziyyətin stabilləşməsi üçün qabaqlayıcı addımlar ata bilər. 
KXDR ABŞ və Cənubi Koreya arasında keçiriləcək birgə təlimlərin təcili müzakirəsi üçün BMT TŞ-a rəsmi müraciət edib. 
Qaynar.info