Xəbər lenti

Ordu rəhbəri istefa verdi
Dünya07:07 10.06.2013

Ordu rəhbəri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Liviyada Müammər Qəddafinin devrilməsindən iki il keçməsinə baxmayaraq sabitliyi təmin etmək mümkün olmur.

Binqazi şəhərində 31 nəfərin öldüyü qanlı toqquşmadan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yusif Əl Mankuş istefa verib. 

Ölkədə 3 gün matəm elan edilib. Binqazidəki atışmada yaralanan 140 nəfərin bir hissəsi Misir hərbi təyyarəsiylə müalicə üçün Qahirəyə göndərilib. 

Toqquşmalar "Liviya qalxanı" adlı hökuməti dəstəkləyən silahlılarla  Əl Beraqis əşirəti mənsubları arasında baş verib.

Əşirət üzvləri silahlıların düşərgə kimi istifadə etdiyi sahənin öz torpaqları olduğunu bildirir, eyni zamanda silahlılardan tərksilah olmağı və ya Liviyanın hüquq-mühafizə orqanlarına qoşulmağı tələb edir.  

Qaynar.info