Xəbər lenti

Orduda "selfie" qadağan edildi
Dünya10:10 08.10.2017

Orduda "selfie" qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya ordusunun əsgərlərinə "selfie" çəkib paylaşmaq qadağan edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, daha əvvəllər Suriya və Ukraynada yerləşən rus əsgərlərinin çəkdiyi fotolar səbəbilə ordunun yerləşdiyi gizli ərazi ortaya çıxmışdı.

Bu səbəbə görə Rusiya ordusu hərbi birliklərin foto çəkməsini qadağan edən qanun hazırlayıb. Yeni qanun, foto, video kimi ciddi informasiya verə biləcək çəkilişlərin qadağan edilməsini nəzərdə tutur. 

Qeyd edək ki, beynəlxalq media qurumları rus əsgərlərinin paylaşdığı "selfie"lər vasitəsilə onların yerini müəyyənləşdirə bilmişdi.

Gülşən

Qaynarinfo.Az