Xəbər lenti

Oğru avtomobilin içindəki 2 aylıq körpəni öldürdü
Dünya12:55 06.03.2013

Oğru avtomobilin içindəki 2 aylıq körpəni öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində son günlərin ən dəhşətli hadisələrindən biri yaşanıb. 

Qaynar.info-nun məlumatına görə, ölkənin şimal-şərqindəki Jilin  əyalətində oğurlanan avtomobilin içində 2 aylıq körpənin ölü halda tapılması ölkənin bir-birinə qatıb. 

Polisin verdiyi açıqlamaya görə, körpənin anası alış-veriş etmək üçün marketə girib və 10 dəqiqədən sonra geri qayıdanda avtomobil və uşağının oğurlandığını görüb. 

Avtomobildəki körpənin tapılması üçün yüzlərlə könüllü axtarışa başlayıb. Hətta telekanallar da yayım zamanı avtomobilin fotolarını göstəriblər. 

Körpənin öldüyü məlum olandan sonra minlərlə çinli şəhərdə onun xatirəsinə şamlar yandırıb. 

2 aylıq körpənin qatili məlum olsa da, hələlik onu tapmaq mümkün olmayıb. Bütün ölkə 49 yaşlı Zhou Xijunun axtarışına başlayıb. 

Qaynar.info