Xəbər lenti

Oğru polisi bıçaqladı - Bakıda
Dünya08:17 15.03.2016

Oğru polisi bıçaqladı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda oğurluq etmək istəyən şəxs polisi bıçaqlayıb.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Moskva prospekti 78 ünvanında qeydə alınıb. Laçın rayon sakini Ayxan Səfərov və Abşeron rayon sakini Yalçın Cəfərov Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd edərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar. Bu zaman Y. Cəfərov bıçaqla polis əməkdaşına xəsarət yetirib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin həmin gün A.Məhərrəmov küçəsi ev 33 “B”nin qarşısında Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Qaynar.info