Xəbər lenti

Oruc tutanların nəzərinə - Bunlara əməl edin
Dünya06:13 06.06.2016

Oruc tutanların nəzərinə - Bunlara əməl edin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramazan ayının gəlişi ilə süfrələr nemətlərlə bəzədilir, gözəl niyyətlər arzulanaraq oruc tutulur.

Qaynarinfo.az-ın məlumatına görə, oruc tutan insanlar iftar vaxtı birdən-birə ağır və tez- tez yemək yeməməlidir. Bu mədə və həzm sistemi üçün təhlükəlidir. Süfrənizdə daha yüngül və doyurucu yeməklərə üstünlük veməklə sağlamlığınızı qoruya bilərsiniz. 

Məsələn, süzmə qatığın içərisinə təzə nanə doğraya bilirsiniz. C vitamini və folik turşusundan zəngin olan nanə yarpaqları, sizi həm isti yay günlərində rahatladacaq, həm də maye itkisi ilə artan mineral ehtiyacınızı qarşılamağa kömək edəcək.

Ayran- Sodalı ayran içməklə mineral ehtiyacınızı qarşılaya bilərsiniz. Eyni zamanda sodalı ayran uzun müddət susuzluğa dözümlülüyü artırır. 

Yemiş, qarpız- Yemiş və qarpız yüksək kalium ehtiva edən meyvələrdir. Kalium mineralı ilə zəngin olan bu bostan meyvələri bədəninizin duz yığılmasının qarşısını alır.

Pul qırmızı bibər- Duz yerinə pul bibər istifadə edin. Qırmızı maddələr mübadiləsinizi sürətləndirir.

Alça- Tərkibində daha çox su olan alça susuzluq mövzusunda sizə dəstək ola bilər.

Qaynarinfo.az