"Oscar" Mükafatlandırma Mərasimində "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülən Françes MakDormandın "Oscar" heykəlciyi oğurlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı bir şəxs aktrisanın mükafatını götürərək salondan çıxmağa cəhd edib, lakin o dərhal tutulub. Həbs edilən bu şəxsə oğurluq ittihamı irəli sürülüb.
Qeyd edək ki, MakDormand daha əvvəl 1997-ci ildə "Fargo" adlı filmlə eyni mükafata layiq görülmüşdü.
Gülşən