Pentaqon rəhbəri Lloyd Ostin ABŞ prezidenti Co Baydenin xəbəri olmadan xəstəxanaya yerləşdirilərkən onun müavini Ketlin Hiks Puerto Rikoda çimərlikdə tətildə olduğu halda, 4 gün ərzində müdafiə departamentini idarə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Nəşrin yazdığına görə, Ketlin Hikslə mütəmadi olaraq səyahət edən kommunikasiya komandası "oteldə daha yüksək vəzifəyə hazırlaşırdı ki, bu da ondan rabitə aparatına yaxın durmağı və çimərlikdə gəzintilərdən imtina etməyi tələb edirdi". Qeyd olunur ki, Pentaqonun rəhbərinin müavini lloyd Ostinin əvəzinə bəzi rutin əməliyyat və idarəetmə qərarları qəbul etməyə başlayıb.
Bundan əlavə, WSJ yazır ki, Ketlin Hiksin Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsindən xəbəri olmayıb. Baş verənlərdən yalnız Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunun bildiyi və Baydenin bir neçə gün sonraya qədər bundan xəbəri olmadığı aydınlaşdırılır.
Nəşrin müəlliflərinin fikrincə, bu hadisə Lloyd Ostinin siyasətinin əsas xüsusiyyətinə çevrilmiş həddən artıq məxfiliyi əks etdirir. Qeyd olunur ki, bu, onun əvvəlki qərarlarının qanuniliyini şübhə altına alır.
Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Rayder Lloyd Ostinin xəstəxanada vəziyyətinin yaxşı olduğunu, lakin onun evə buraxılma tarixinin hələlik məlum olmadığını bildirib.
Pentaqonun rəhbərinə hələ dekabr ayında erkən mərhələdə prostat xərçəngi diaqnozu qoyulmuşdu. Nazir ağırlaşmalara səbəb olan cərrahiyyə əməliyyatı keçirib - yanvarın əvvəlində sidik yollarının infeksiyası ilə təcili xəstəxanaya aparılıb.
Aydın