
Hindistanın cənubundakı Sekunderabad şəhərində otel binasının aşması nəticəsində 6 nəfər həlak olub.
ANN.Az-ın verdiyi xəbərə görə, iki mərtəbəli "City Light" otelinin səhər saatlarında çökməsi nəticəsində həmçinin 12 nəfər xəsarət alıb.
Çökmüş otelin dağıntıları altında neçə nəfərin qalması dəqiq bilinmir. Otelin mətbəx divarlarından birinin çökməsi nəticəsində baş verən qəza zamanı binanın içərisində təxminən 25-ə yaxın adam olub.
Qaynar.info