Dünya 18:07 11.06.2023

Şotlandiyanın sabiq birinci naziri həbs edildi (SƏBƏB)

Şotlandiyanın sabiq Birinci naziri Nikola Stercen hıbs olunub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, sabiq birinci nazir hakim Şotlandiya Milli Partiyasının (SNP) maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Polis 52 yaşlı sabiq nazirin şübhəli şəxs qismində nəzarətə götürüldüyünü və əməliyyatçılar tərəfindən dindirildiyini təsdiqləyib.

Aprelin 5-də polis Nikola Stercenin evində və partiyanın Edinburqdakı qərargahında axtarış aparıblar. Onlar həmçinin SNP-nin keçmiş icraçı direktoru, Nikola Stercenin həyat yoldaşı Peter Murrelli də həbs ediblər. Amma o, heç bir ittiham irəli sürülmədən azad edilib.

Təxminən iki həftə sonra SNP xəzinədarı Colin Beattie həbs olunmuş və heç bir ittiham irəli sürülmədən sərbəst buraxılmışdı.

Murrell və Beattie şübhəli şəxs kimi saxlanlılıb, qanunla müəyyən edilmiş 12 saata qədər sorğu-sual müddətində nəzarətdə olublar və əlavə araşdırmalara qədər sərbəst buraxılıblar.

2016-cı il Cinayət Ədliyyəsi (Şotlandiya) Qanununa əsasən, polis şübhəli şəxsi əlavə təhqiqat üçün buraxa, lakin sonradan yenidən həbs edə bilər.

Qeyd edək ki, Nikola Stercen 8 il Şotlandiyanın birinci naziri vəzifəsində çalışıb. O, fevralın 15-də "başımda və ürəyimdə istefa vermək üçün doğru zaman olduğunu düşünürəm" deyərək istefa verib. Nikola Stercen ən uzun vəzifədə olan birinci nazirdir və bu vəzifəni tutan ilk qadındır.

Təxminən iki il əvvəl başlayan SNP-nin maliyyələşməsi ilə bağlı araşdırma yenidən gündəmə gəlib. Fəallar tərəfindən SNP-yə bağışlanan 600.000 funt-sterlinqdən çox pulla bağlı şikayətlər edilib.

Pul partiyanın gələcək referendum kampaniyası üçün vəsait toplamaq istədikdən sonra toplanıb və Şotlandiya polisi pulların hara xərclənməsini araşdırmaq üçün əməliyyata başlayıb.

Aydın