Xəbər lenti

Oğurlanan müxalifətçinin meyiti tapıldı
Dünya19:44 22.01.2014

Oğurlanan müxalifətçinin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oğurlanan ikinci müxalifətçi İqor Luçenko isə qaçmağı bacarıb

Yanvar ayının 21-də Kiyevin Oktyabrsk xəstəxanasından oğurlanan 2 müxalifətçidən birinin – Yuri Verbiçskinin meyiti Borispol rayonunun Qnedin kəndinin yaxınlığındakı meşədə tapılıb.

Ans press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun meyiti qohumları tərəfindən tanınıb. 

Qeyd edək ki, oğurlanan ikinci müxalifətçi İqor Luçenko isə qaçmağı bacarıb. Onun sözlərinə görə, onları oğurlayanlar Avromaydanın kim tərəfindən maliyyələşdirildiyini öyrənməyə çalışırdılar. “Bizi döydükdən sonra meşəyə atdılar. Yuri Verbiçski lvovlu olduğuna görə onu daha çox döydülər. Bizi oğurlayanların arxasında hüquq mühafizə orqanları durur”, - deyə İqor Luçenko bildirib. 

Ukrayna polisi isə oğurlanan müxalifətçinin ittihamı ilə razılaşmadığını bəyan edib. Bu olayla bağlı artıq cinayət işi açılıb.

Qaynar.info