Xəbər lenti

Oğurlanan rus kompleksi ABŞ-a aparılır
Dünya17:53 30.01.2021

Oğurlanan rus kompleksi ABŞ-a aparılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyada ABŞ qüvvələri tərəfindən ələ keçirilən Rusiya istehsalı "Pantsir S1” zenit raket kompleksi ABŞ-ın Ohayo ştatına aparılacaq.
Bu məlumatı "Popular Mechanics” portalı yayıb.
Məlumata görə, məhz bu ştatda xarici hərbi texnikanın tədqiqatı üzrə ixtisaslaşan ABŞ Hərbi Kosmik Kəşfiyyatının Milli Mərkəzi yerləşir.
Portal "Pantsir” kompleksinin demontaj ediləcəyini və fəaliyyət prinsiplərinin tədqiqi üçün yenidən quraşdırılacağını bildirib.
Qeyd edək ki, Liviyadan oğurlanan kompleks ABŞ-ın Almaniyadakı Ramştayn bazasında saxlanılır.//axar.az