Almaniyanın Yaşıl Qübbə muzeyindən oğurlanan ziynət əşyalarının satışa çıxarıldığı məlum olub.
Qaynarinfo xəbər verir ki, naməlum şəxslər briliant boyunbağı və Polşa nişanı olan briliant xaçı 9 milyon avroya satmaq istəyiblər. Onlar əllərindəki məhsullar barəsində kolleksiyaçılara mail göndəriblər. Maildə pulun Bitkoin hesabına köçürülməsi tələb olunub. Oğurluğu araşdıran təhlükəsizlik orqanları indi məktubu həqiqətən oğruların göndərib göndərmədiyini müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, muzey ötən il dekabrın 25-də soyulmuş, bir sıra qiymətsiz ziynət əşyası oğurlanmışdı.
Camal