Xəbər lenti

Çoxuşaqlı analara ŞAD XƏBƏR
Ekonomiks07:11 30.09.2013

Çoxuşaqlı analara ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda beş vә beşdәn artıq uşağı olan analara sosial müavinət ayrılacaq.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertәsi keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən komitә sәdri Hadi Rəcəbli bildirib ki, qanuna 4.0.1.12 -"beş vә beşdәn çox uşağı olan qadına müavinət" adlı maddə əlavə olunur.

Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, "beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir. Eyni zamanda, əlavələr layihəsində bildirilir ki, beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinətin miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək. Layihə Parlamentin plenar iclasına tövsiyə olunub.

Qaynar.info