
Almaniya kansleri Angela Merkel verdiyi müsahibəsində musiqi sahəsində bacarığının olmamasından danışdı.
Qaynar.info xəbər verir ki, Merkel bildirib ki, o, tez-tez alman dilində xalq mahnılarını oxusa da, musiqi alətlərində ifa etməyi bacarmır.
"Mənə fleyta və fortepianoda ifa etməyi öyrətmişdilər. Məlum oldu ki, mən o qədər də istedadlı olmadığım üçün məşqlərə getmədim" deyə Merkel bildirib.
Almaniya kansleri eyni zamanda bildirib ki, onun özü klassik musiqi həvəskarıdır.
Qaynar.info