Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Şoyqunun "qoşunların yerləşdirildiyi ərazilər ətrafında dövrə vurduğu və Rusiya bölmələrinin ön mövqelərini yoxladığı” bildirilir.
Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin videosunda Şoyqunun helikopterin pəncərəsindən səngərləri necə yoxladığı göstərilir:
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun ziyarət etdiyi "Rusiya bölmələrinin ön mövqeləri” əslində cəbhə xəttindən 75 km aralıdadır.
GeoConfirmed layihəsinin fəalları bu yeri müəyyən etməyə müvəffəq olublar. Məlum olub ki, o, Krımda, Armyansk yaşayış məntəqəsinin yaxınlığında, yəni Ukraynanın ən yaxın mövqelərindən 75 km aralıda "fırlanıb”.
GeoConfirmed, little thread.
"'Russian Defense Minister Shoigu inspected the forward positions of the Russian army in the combat zone,' the Russian media write."
❌No forward positions and no combat zone. (Thanks to @GlasnostGone)
Bu qənaətləri Şoyqu ilə videoda görünən yeri geolokasiya edən Glasnost Gone istifadəçisi də təsdiqləyir:
Goodnight #Ukraine. I'll leave with 🇷🇺 saying Shoigu inspected advanced positions in the "special military operation" - this giving the impression he flew over frontline in 🇺🇦. So I looked, and he's nowhere near frontline, the 🤡 simply flew over occupied #Crimea. (1st pic video) https://t.co/JH9d6JbrEupic.twitter.com/ZD5B70RtbM
Bu arada məlum olub ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün, dekabrın 20-də Donetsk vilayətinin yer üzündən silinən və ətrafında ən qızğın döyüşlər getdiyi Baxmut şəhərindədir. Ukraynanın dövlət başçısının səfəri əvvəlcədən açıqlanmayıb.
Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov və Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
"Biz ezamiyyətdəyik. Bu gün böyük miqyaslı müharibənin 300-cü günüdür və bu gün Baxmutda prezident şərq qalamızı - Baxmutu müdafiə edən ən yaxşı müdafiəçilərimizi mükafatlandırıb. Hazırda düşmənin əsas qüvvələri orada cəmlənib, amma onlar heç nə edə bilmirlər”, - Anna Malyar bildirib.
Baxmutda Zelenskiyə tərəfdaşlara verilməsi üçün Ukrayna bayrağı təqdim edilib. Bundan sonra Zelenski şəhəri tərk edib.