Rusiyanın genişmiqyaslı işğalının başlamasından iki gün sonra, fevralın 26-da Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalı həmkarı Sergey Şoyqudan təslim olmaq tələbi ilə ultimatum alıb. Ultimatumu Belarusun müdafiə naziri Viktor Xrenin verib.
Bu barədə Qaynarinfo "The Washington Post”a istinadən xəbər
verir.
Belə ki, fevralın 22-də Reznikov Xreninlə telefonla danışıb və o, rus qoşunlarının Belarusdan Ukraynaya soxulmayacağına söz verib.
"Mənə zabit kimi söz verdi, o, yalançı çıxdı”, - Reznikov deyib.
İşğalın başlamasından iki gün sonra, iki ölkənin müdafiə nazirləri yenidən danışıqlar aparıblar. Reznikov xəttin o biri tərəfində əsəbi və xoşagəlməz səs eşidib. Belaruslu nazir rusiyalı həmkarı Sergey Şoyqunun mesajını ötürdüyünü deyib.
"Ukrayna təslim aktını imzalasa, o zaman işğal dayandırılacaq", - Xrenin o vaxt deyib.
Reznikov belə cavab verib: "Rusiya tərəfdən kapitulyasiyanı qəbul etməyə hazıram”.
Nizami Bağırov