İdman 10:49 30.11.2023

Oyundan sonra şiddətə məruz qalan Ramil Şeydayev danışdı (FOTO)

Azərbaycan millisi və Tailandın "Buriram Yunayted" klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında "Zeyianq"a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qaldığı barədə xəbər vermişdik.

Qaynarinfo xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib. O instaqram hesabında paylaşım edib: "Mən hələ də burdayam, "Zeyianq". Sadəcə ünvanı göndər".

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.