
Dünyanın ən böyük narkobaronu kolumbiyalı Pablo Eskobarın oğlu Xuan Pablo Eskobar Henao atasının adını əbədiləşdirmək qərarına gəlib.
Qaynar.info xəbər verir ki, oğul Eskobar atasının adı ilə geyim markası yaradıb.
Juan Eskobar atasının atasının keçmiş xatirələrini və fotolarını istehsal etdiyi geyim və hədiyyələrin üzərinə vuracaq.
Eskobar markalı mallar artıq Kolumbiyada böyük müzakirələrə səbəb olub. Dünyanın 1 nömrəli narkobaronu kimi tanınan Pablo Eskobarı Kolumbiya və Cənubi Amerikada minlərlə insanın ölümündə günahlandıran insanlar bu adın marka olmasına etiraz ediblər.
Tənqidlərə cavaba verən oğul Eskobar atasının əməllərinə cavabdehlik daşımadığını, məqsədinin bu adı yaşadaraq narkotika ilə mübarizəyə dəstək vermək olduğunu deyib.
Qaynar.info