Hindistan və Pakistanın Kəşmirdəki nəzarət xəttində atışma olub.
Qaynarinfo xəbər verir ki, nəticədə 4 pakistanlı və 3 hindistanlı ölüb, daha 2 pakistanlı isə yaralanıb.
Pakistan Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, qarşıdurma hid əsgərlərinin ağır silahlarla atəş açmasındən sonra başlayıb.
Hindistan trəfi isə Pakistanı açdığı atəş nəticəsində 3 mülki vətəndaşın öldüyünü bildiriblər.
Qeyd edək ki, iki ölkə arasındakı gərginlik fevralın 14-də Pulvama hücumundan sonra Hindistanın Pakistanı ittiham etməsindən sonra başlayıb.