Pakistanla Hindistan arasında hərbi gərginlik davam edir.
Qaynarinfo xəbər verir ki, Pakistan Hindistanın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub. Hadisə Hindistanın Cammu və Kəşmir ştatında baş verib.
Hindistan hərbçiləri Punç dairəsində Pakistanın hücumunu dəf edə biliblər.