Pakistan Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 46-cı Xarici İşlər Nazirləri Sammitinə qatılmayacağını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın XİN rəhbəri Şah Mahmud Kureşi açıqlama verib. Buna səbəb tədbirə Hindistanın da qatılmasına razılıq verilməsidir.
XİN rəhbəri həmçinin əsir götürülmüş hindistanlı pilotun bu gün ölkəsinə qaytarılacağını da bildirib.