Xəbər lenti

Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirdi
Dünya18:09 26.03.2021

Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistan bu gün nüvə başlığı daşıya bilən "Shaheen-1А" qısa mənzilli ballistik raketi sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat veriblər.
Məlumata əsasən, sınaqdan keçirilən ballistik raketin mənzili 900 kilometr təşkil edir. Uzunluğu 12 metr olan raket 1 ton ağırlığında hərb başlığı daşıya bilir.
Sınaqların uğurlu bitməsi ilə əlaqədar Pakistanın prezidenti Arif Alvi və Baş nazir İmran Xan hərbçiləri təbrik edirblər.