Pakistan Xarici İşlər Nazirliyi İranın raket hücumunu qeyri-qanuni addım hesab etdiyini bildirib. İslamabad buna cavab olaraq öz səfirini Tehrandan geri çağırır. İrana bütün yüksək səviyyəli səfərlər də dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
"Dünən İran tərəfindən Pakistanın suverenliyinin əsassız və kobud şəkildə müdaxiləsi beynəlxalq hüququn və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin pozulmasıdır", - Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç bildirib.
İslamabad hücum zamanı Tehranda olan İran səfirindən geri qayıtmasını istəyib.
Xatırladaq ki, dünən, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistandakı "Ceyş əl-Ədl” terror qruplaşmasının qərargahına raket zərbələri endirib.
Nizami Bağırov
Şərhlər