Xəbər lenti

Pakistan səfiri: "Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq"
Siyasət15:49 15.10.2020

Pakistan səfiri: "Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində mülki əhalini hədəf almasından narahatlığını ifadə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.
"Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki insanların hədəfə alınması son dərəcə narahatedicidir. Pakistan Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq humanitar hüququ pozan Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”, - deyə diplomat qeyd edib. (Apa)