Xəbər lenti

Pakistan “Taliban”ı dəstəklədi, Əfqanıstanı hava hücumuyla hədələdi
Dünya13:49 16.07.2021

Pakistan “Taliban”ı dəstəklədi, Əfqanıstanı hava hücumuyla hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistan səlahiyyətliləri Əfqanıstan hərbçilərinin "Taliban” yaraqlılarının qonşu respublika ilə sərhəddəki Spin Boldak bölgəsindən çıxarılması əməliyyatına davam edəcəyi təqdirdə Əfqanıstanı hava hücumu ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu sözləri Əfqanıstanın I Vitse-prezidentinin müavini Əmrullah Saleh Twitter-də yazıb.
"Hazırda Pakistan Hava Qüvvələri müəyyən bölgələrdə "Taliban”a birbaşa hava dəstəyi verir", - Saleh deyib.
Bir neçə gün əvvəl "Taliban” Əfqanıstan-Pakistan sərhədindəki Spin Boldak bölgəsindəki bir nəzarət məntəqəsini ələ keçirib. Silahlılar şəbəkədə sərhəd zastavasındakı bayraqlarının milli bayraq yerinə dalğalandığı video yayımlayıblar.
Xatırladaq ki, 17 iyulda Qətərdə Əfqanıstan liderləri ilə "Taliban” rəhbərliyi arasında danışıqlar aparılacaq. Hazırda Əfqanıstan ərazilərinin əksəriyyəti "Taliban” tərəfindən idarə olunur. Bəzi Əfqan döyüşçüləri amerikalı əsgərlərin ölkəyə qayıtmasına səbəb olmağa çalışaraq qəsdən geri çəkildiklərini etiraf ediblər.
Alpər