Xəbər lenti

Pakistanda ölənlərin sayı 515 nəfərə çatdı
Dünya12:17 27.09.2013

Pakistanda ölənlərin sayı 515 nəfərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 24-də Pakistanın Bəlucistan əyalətində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 515 nəfərə yüksəlib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, təbii fəlakət yüzlərlə insanın yaralanmasına səbəb olub.

 Tibb işçiləri xəstəxanalarda bütün zərərçəkənlərə yer olmadığını bildirirlər. Ona görə də hərbçilər yaralıları vertolyotlarla qonşu bölgələrin xəstəxanalarına yerləşdirir.

Qaynar.info