Dünya 16:07 30.01.2023

Pakistanda məsciddə dəhşətli partlayış: 25 ölü, 120-dən çox yaralı

Pakistanın Peşəvər şəhərində terrorçu-kamikadze partlayış törədib. 

Qaynarinfo xəbər verir ki, Geo telekanalının məlumatına görə, nəticədə azı 25 nəfər ölüb, 120 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kamikadze namaz qılanlar arasında birinci sırada olub. Şahidlərin sözlərinə görə, partlayış zamanı məsciddə 120-yə yaxın insan olub, ümumilikdə binada 500-ə qədər adam yerləşə bilər. Partlayışdan sonra məscid uçub.
Ondan çox yaralının vəziyyəti ağırdır. Əyalət səhiyyə idarəsi tibb müəssisələrində fövqəladə vəziyyətin olduğunu bildirib. Hələlik heç bir yerli terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Nizami Bağırov