Xəbər lenti

Pakistanda partlayış:17 nəfər öldü
Dünya07:53 24.03.2013

Pakistanda partlayış:17 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanda nəzarət-buraxılış məntəqəsində terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində 17 nəfər həlak olub. 

Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, hadisə ölkənin Vəziristan vilayətinin Miranşah şəhərində baş verib.

Məlumatda bildirilir ki, həlak olanların hamısı hərbçilərdir: "Partlayış nəzarət-buraxılış məntəqəsinin binasının yarısını dağıdıb. Terrorçu məqsədini pərdələmək üçün su qabından istifadə edib".

Qeyd edək ki, partlayışa görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.