Xəbər lenti

Pakistanda siyasi böhran: Prezident parlamentə, parlament Baş nazirə etimadsızlıq göstərdi
Dünya20:59 09.04.2022

Pakistanda siyasi böhran: Prezident parlamentə, parlament Baş nazirə etimadsızlıq göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bu gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Qaynarinfo xarici KİV-ə istinadla xəbər verir ki, parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib.
Səsvermə nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

ARAYIŞ:
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazirdir.
Ötən bazar günü Pakistan parlamentinin vitse-spikeri baş nazir İmran Xana etimadsızlıq səsverməsini rədd edərək bunu konstitusiyanın 5-ci maddəsinə zidd adlandırıb. Az sonra Pakistan prezidenti baş nazirin təklifi ilə Pakistan parlamentini buraxdı.

Cümə axşamı Pakistanın Ali Məhkəməsi baş nazir İmran Xana etimadsızlıq qərarına görə ölkə parlamentinin burarxılması qərarını ləğv edib. 

Ali Məhkəmənin beş hakiminin hamısı yekdilliklə bu qərarın lehinə səs verib. 

Məhkəmə həmçinin Milli Assambleyanın spikeri Əsəd Qayzerə aprelin 9-u şənbə günü saat 10.00-da iclas çağıraraq baş nazirə etimadsızlıq səsverməsi keçirməyi tapşırıb.
İmran Xan bildirir ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır. "Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”, - İmran Xan deyib.

Aydın
Qaynarinfo