
Pakistanın şimal qərbində yerləşən Hayber-Pahtunhva əyalətinin mərkəzi Peşəvər şəhərində bazarda terror aktının törədilməsi nəticəsində 33 nəfər həlak olub, 80 nəfər yaralanıb.
Polis məntəqəsinin yaxınlığında törədilən partlayış nəticəsində 8 mağaza və yaxınlıqda park edilmiş avtomobillər yanıb. İlkin məlumata görə, partlayış avtomobilə qoyulmuş partlayıcı maddənin işə salınması ilə törədilib.
Partlayış nəticəsində beş-altı qadın uşaqları ilə birlikdə yanaraq ölüb.
Qaynar.info