Pakistanın keçmiş baş naziri Şahid Hakan Abbasi koronavirusa yoluxub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Müsəlman Liqi-Navaz (PML-N) partiyasının sözçüsü Marriyum Auranqzeb məlumat verib. O, Abbasinin Covid-19 testinin nəticəsi müsbət çıxdığını və evində karantin altına alındığını ifadə edib.
Qeyd edək ki, Pakistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda ölkədə daha 65 nəfər virus səbəbindən dünyasını dəyişib və ümumi ölü sayı 2067 nəfərə çatıb.
Camal