Xəbər lenti

PalSüd işçilərindən aksiya: maaş böhranı (FOTO/YENİLƏNİB)
Ekonomiks12:50 15.07.2017

PalSüd işçilərindən aksiya: maaş böhranı (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

PalSüd MMC-nin işçilərinə 1 milyon manatdan çox borcu var.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, ötən gün 7-8 ay müddətində əmək haqlarını ala bilməyən zavod işçiləri aksiya keçiriblər. Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Təxminən 20 gün əvvəl şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisi ümumilikdə 1 milyon manat dəyərində onlara ödəniləcək vəsaitlərin bir il müddətində gecikdirilməsinə etiraz ediblər. 

Şikayətçilərin sözlərinə görə bu pullar şirkətə süd verən ayrı-ayrı vətəndaşların haqqıdır. Məsələ ilə əlaqədar rəsmi qurumlara məlumatlar verilib. 

Dünən aksiya iştirakçılarından bir neçə nəfər polis şöbəsinə çağrılaraq onlardan şikayət ərizələri alınıb. Aksiyada iştirak edən PalSüd MMC-ni ona 27 min manat borcu olduğunu deyən Sahib Abdullayev zavod rəhbərliyinin aksiya iştirakçıları ilə görüşündə möhlət istədiyini, lakin bu möhlət vaxtının bitdiyini söyləyib.

Qaynarinfo.Az