Xəbər lenti

Pan Gi Mun Əsədi cinayətkar adlandırdı
Dünya05:58 14.09.2013

Pan Gi Mun Əsədi cinayətkar adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


BMT-nin baş katibi kimyəvi silahdan istifadə edilməsi ilə bağlı hesabatdan çox ümidlidir


BMT baş katibi Pan Gi Mun BMT müfəttişlərinin hesabatının avqustda Dəməşqdə kimyəvi silahdan istifadə edildiyi barədə məlumatları təsdiqləyəcəyinə ümid edir. O, bu barədə kimyəvi silah ekspertləri ilə qısa görüşündən sonra danışıb.

"Bu kimyəvi silahdan istifadə 1400-dən çox insanı öldürdü, kimyəvi maddələrin təsirinə məruz qalmış 5 min zərərçəkmiş var və müfəttişlər qrupumuzun buna dair hesabatı tezliklə işıq üzü görəcək. Mən ümid edirəm ki, bu, kimyəvi silahdan istifadə edildiyinə dair tutarlı hesabat olacaq. Hələ ki, hesabat əlimdə olmadığı üçün nəticələr barədə ictimaiyyətə açıqlama verə bilmirəm. Əsəd bəşəriyyətə qarşı çoxlu cinayətlər törədib, əminəm ki, hər şey bitəndən sonra bunun hesabı sorulacaq, amma indi ən vacib olan şey döyüşləri dayandırmaq və dialoqa, danışıqlara başlamaqdır" - deyə, BMT-nin baş katibi bildirib.

Pan Gi Mun daha əvvəl dəfələrlə bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsəd bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyır. BMT müfəttişlərinin hesabatının sentyabrın 16-da dərc ediləcəyi gözlənilir.

BMT avqustun 21-də Dəməşqdə kimyəvi silahdan istifadə nəticəsində 1429 nəfərin öldüyünü iddia edir.

BMT-nin hesablamalarına görə, Suriyada 2011-ci ilin martından bəri vətəndaş müharibəsində 100 mindən çox adam həyatını itirib.


Qaynar.info