Bu gün ümumi sayı 1900-dən artıq olan pandalar Çin üçün həm milli xəzinə, həm də ölkənin müasir kimliyinin önməli parçası hesab olunur. Pandanın siyasətə çevirilməsinin əsası isə 1949-cu ildə Komunist Partiyasının hakimiyyətə gəlməsi ilə qoyulub. 1950-ci illərdə iqtidar pandanı Çinin milli xəzinəsinə çevirib.
1980-ci illərə qədər qonaqpərvərliklərini və diplomatik mədəniyyətlərini göstərmək üçün xarici ölkələrə panda hədiyyə edən çinlilər bunun adını "panda diplomatiyası" qoymuşdu. Yəni Çin dünyaya dostluq mesajını panda hədiyyə etməklə göstərib.
Əslində "panda diplomatiyası"nın əsası 618-705-ci illərdə qoyulub. Həmin vaxt Çin imperatoru Yaponiyaya panda bağışlayaraq dostluq mesajı verib. Müasir dövrdə isə "panda diplomatiyası" 1972-ci ildə bərpa olunub. Həmin ildə Çinin baş naziri Zhou Enlai ABŞ prezidenti Riçard Niksonun həyat yoldaşına 2 panda hədiyyə edib.
1980-ci ilin ortalarında Çin sayları azaldığından "panda diplomatiyası"ndan imtina edərək pul qazanmaq qərarına gəlib. Belə ki, həmin vaxtdan standardlara əməl edən ölkələrə pandalar icarəyə verilməyə başlanılıb. İcarə haqqı 10 il üçün 1 milyon dollar müəyyənləşdirilib. Onların öz xərcləri isə 100 milyon dolları aşır. Şərtə görə ölkədən kənarda doğulan pandalar dərhal Çinə təhvil verilməlidir.
Çində qorunan pandaların sayı: 300
Qorunma altında olmayan pandaların sayı: 1600
Çindən kənardakı 12 ölkədəki pandaların sayı: 46.
Pandalar hansı ölkələrdə yaşayır: ABŞ - 14, Yaponiya - 8, Avstriya, İspaniya - 3, Kanada, Meksika, Fransa, İngiltərə, Sinqapur, Malaziya, Avstraliya, Belçika, Tayland - 2.
Pandaların ağırlığı: 99-104 kq
Qoruma altında olmayan pandaların ömrü: 14 ay - 2 il
Qoruma altındakı pandaların ömrü: 20-30 il
Qaynar.info