Xəbər lenti

Pandemiya ABŞ-da ən çox gənclərin həyatına təsir edib (SORĞU)
Dünya07:42 30.03.2021

Pandemiya ABŞ-da ən çox gənclərin həyatına təsir edib (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da yerləşən Sent-Luis Federal Ehtiyat Bankı koronavirus böhranının əhalinin yaş qruplarına göstərdiyi təsirlərlə bağlı sorğu keçirib. 
Qaynarinfo xəbər verir ki, sorğu ilə bağlı iqtisadçı Toğrul Vəliyev məlumat yayıb. 
Onun sözlərinə görə, Azərbaycanda bu tip sorğular keçirilmədiyi üçün pandemiyanın əhaliyə göstərdiyi təsirləri yalnız təxmin etmək olar: 
Sorğu nətiəsində müəyyən olunub ki, böhran ən çox məhz 18-29 yaş qrupuna aid olan insanlara təsir edib. Bu təsir bir neçə istiqamətdə özünü göstərib:
- İşsizlik. Müvafiq yaş qrupunda məşğulluq 24% azalıb. Misal üçün, 30-49 yaş qrupunda azalma 12-13% təşkil edib. 
-  Yaşayış şəraiti. Gəlirlərin azalması xərclərin azalmasına da gətirdi. Nəticədə, pendemiya vaxtı (sorğu 2020-ci ilin iyulunda keçirilib) müvafiq yaş qrupuna aid olanların 52%-i valideynləri ilə yaşamağa üstünlük verdilər. Karantindən əvvəl müvafiq göstərici 47% idi (fevral ayında). Əgər bunu bütün ABŞ əhalisinə ekstrapolyasiya etsək, bu o deməkdir ki, 5 ay ərzində 2,6 milyon amerikanlı valideynlərin yanına köçüb. 
- Təhsil. Məktəbdən sonra ali təhsilə qəbul olunanların sayı 13% azaldı. Pandemiyaya görə gənclər nisbətən bahalı olan ali təhsilə yatırım etməyə risk etmədilər. Başqa tərəfdən doktoranturaya qəbul isə əksinə artdı - 3,6%. Başqa sözlə, ali təhsil müəssisələrini bitirmiş şəxslər isə əmək bazarına çıxmağa risk etmədilər.
Orxan Əhmədli