Xəbər lenti

Pandemiya yeniyetmələr arasında psixi pozğunluqları iki qat artırıb (ARAŞDIRMA)
Sağlamlıq07:13 14.08.2021

Pandemiya yeniyetmələr arasında psixi pozğunluqları iki qat artırıb (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mütəxəssislər son bir ildə uşaqlarda və yeniyetmələrdə psixi pozğunluqların sayının artdığını qeyd edirlər. 
Qaynarinfo xəbər verir ki, araşdırma JAMA Pediatrics tibb jurnalında dərc olunub. Bu məlumatlara görə, hər dörd yeniyetmədən biri depressiyaya düşür, hər beşincidə isə artan narahatlıq müşahidə olunur. Bu rəqəmlər pandemiyadan əvvəlkindən iki dəfə çoxdur.
Tədqiqatçılar 18 yaşdan kiçik 80.000 iştirakçının məlumatlarını təhlil ediblər. Simptomların təzahürünə yaş və cinsin də təsir etdiyi ortaya çıxıb. Qızlarda narahatlıq və depressiya daha çox rast gəlinib. Eyni zamanda, yeniyetmələrin kiçik uşaqlardan daha çox əziyyət çəkdiyi məlum olub.
Qeyd edək ki, depressiya və narahatlıq gənclərdə ən çox rast gəlinən psixi sağlamlıq problemlərindən biridir. Tədqiqatın müəllifləri onların artmasını ilk növbədə məhdudiyyətlərlə əlaqələndirirlər. Məktəblərin bağlanması və ümumi karantin, şagirdlərin həmyaşıdları ilə adi ünsiyyətini kəsib. Pandemiya fonunda ailələrdəki stress səviyyəsi də yüksəlib.
Alpər