Xəbər lenti

Papa etiraf etdi: "Vatikanda gey lobbisi var"
Dünya10:36 12.06.2013

Papa etiraf etdi: "Vatikanda gey lobbisi var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Roma papası 16-cı Benediktin istefa verməsinə səbəb olan Vatikandakı gey lobbisi məsələsi indiki Papa Fransesk tərəfindən də təsdiqlənib. 

Qaynar.info-nun məlumatına görə, Papa verdiyi açıqlamasında, "Bəli, gey lobbisi var. Ancaq bu məsələdə nələrin edilə biləcəyinə baxmaq lazımdır" deyib. 

Fransesk bu etirafı Latın Amerikası və Karib adaları Dini Konfederasiyasının nümayəndələri ilə görüşdə deyib. 

Nümayəndə heyəti Papanın həyata keçirmək istədikləri islahatlarla bağlı sualları cavablandıran Papa, "Bu bir az çətindir. Vatikan Divanında həqiqətən müqəddəs insanlar var. Ancaq eyni zamanda korrupsiya da var. Orada gey lobbisindən bəhs edilir və bu da doğrudur" deyib. 

Qeyd edək ki, keçmiş Papa 16-cı Benedikt Vatikandakı gey lobbilərinin ortaya çıxmasından sonra istefa vermək məcburiyyətində qalmışdı. 

Qaynar.info