
Bütün dünya yeni Roma papasının kim olacağını gözlədiyi bir vaxtda, bir çox bukmeyker kontorları maraqlı addım atıblar.
Qaynar.info-nun məlumatına görə, dünyanın bukmeyker kontorları kimin papa seçiləcəyi ilə bağlı yeni mərclər açıblar.
Bukmeyker kontorları papa seçilə biləcək kardinalların siyahısını veriblər. 31 kardinalın yer aldığı siyahıda ən az əmsal Angelo Skalaya (3), ən yüksək isə Angelo Sodano, Antonia Kanizares Llovera, Gerhard Qudviq Muller və Ruiniyə (101) verilib.
Qaynar.info