Xəbər lenti

Papa Vatikanı tərk etdi
Dünya19:24 28.02.2013

Papa Vatikanı tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Roma papası XVI Benedikt vertolyotla Vatikanı tərk edib.

Lent.az-ın məlumatına görə, o, Roma ətrafındakı Kastel Qandolfo yay iqamətgahına yola düşüb.

Yola düşməzdən öncə o, kardinllar, dünyanın çeşidli yerlərindən yeni papanı seçmək üçün Vatikana gəlmiş katolik keşişləri ilə görüşüb.

O, yay iqamətgahında iki ay qalacaq. XVI Benedikt oradan hazırda təmir olunan Vatikandakı monastra köçəcək.  Ora həm də onun daimi yaşayış yeri olacaq.

Qaynar.info