Xəbər lenti

Papadan gözlənilməz addım
Dünya06:46 09.01.2014

Papadan gözlənilməz addım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Katolik kilsəsinin rəhbəri köhnə dostunu maşınına mindirib

Qəribə hərəkətləri ilə diqqət çəkən Roma Papası Fransisk daha bir ilkə imza atıb. ANS PRESS-in məlumatına görə, Papa keçmiş dostununu maşınına götürərək gəzintiyə çıxıb. Vatikanın Müqəddəs Pyotr meydanında "Papamobile" adlı maşını ilə gəzərkən yerlisi, argentinalı rahib Fabian Baezi görüb. O, dərhal maşını saxladıb və onu qorumaqla məsul olan mühafizəçiləri göndərərk Baezi çağırtdırıb.

Rahib ilə qucaqlaşıb görüşən Papa dostunu maşınına mindirərək bir ilkə imza atıb. Daha sonra iki din xadimi gəzintiyə davam ediblər.

Baş verənlər hətta argentinalı rahibi də təəcübləndirib. "Öz üzümə mən burda nə edirəm deyə sual verdim", deyə o bildirib.

Qeyd eədk ki, Papa adıçəkilən meydandakı ayinlərdən öncə adəən xalqın arasında gəzir, uşaqlar və körpələrlə maraqlanır.


Qaynar.info