Xəbər lenti

Papanı müsəlman olmağa çağırdı
Dünya06:50 29.11.2014

Papanı müsəlman olmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cübbeli Ahmet Hoca" olaraq tanınan Ahmet Mahmut Ünlü maraqlı açıqlamalar verib. Qaynar.info xəbər verir ki, din xadimi Türkiyədə səfərdə olan Roma Papasını müsəlman olmğa çağırıb.
Ahmet Mahmut Ünlü "Papa ilə görüşmək imtəyərdiniz" sualına belə cavab verib: "Niyə görüşüm? Nə edəcəm mən Papanı? Müsəlman edə biləcəksəm görüşüm. Ya da haqqı söyləmək mümkün olsa deyim ki, "Sən bu papalığı burax, gəl müsəlman ol".
Bir neçə gün əvvəl İŞİD-in "Cübbeli Ahmet Hoca"nı təhdid etməsi barədə xəbərlər yayılmışdı. Din xadimi bununla bağlı da danışıb: "Ölüm siyahımı Əzrayil əlindədir, İŞİD-in yox. Allah hər il öləcəklərin siyahısını Əzrayilə verir. O siyahıda nə əskik olur, nə də artıq. Siyahıda adımız yoxdursa, İŞİD heç nə edə bilməz".
Qaynar.info