Papua Yeni Qvineyada 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu baədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 13.00-da, Lae şəhərinin yaxınlığındakı Vau kəndində baş verib.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi təkanlardan sonra ölkə sahilləri üçün sunami xəbərdarlığı verib.
Yerin 85 kilometr dərinliyində qeydə alınan zəlzələ nəticəsində itkilərin olub olmadığına dair hələlik məlumat yoxdur.
Camal