Xəbər lenti

İdman 13:36 20.09.2023

Parataekvondoçularımız Qarn-pridə iki qızıl, bir bürünc qazandı

Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib.

Qaynarinfo-nun məlumatına görə, yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb. 
 
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib. 

Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərinə məğlub edərək, ikinci qızıl medalımızı rəsmiləşdirib. Yığmamızın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.
 
Bununla da Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.
 
Bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->