Xəbər lenti

“Paris terrorçusu” ekstradisiya olunacaq - QƏRAR
Dünya16:35 31.03.2016

“Paris terrorçusu” ekstradisiya olunacaq - QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçika məhkəməsi Fransanın Parisdə 13 noyabr 2015-ci il terror aktlarının əsas şübhəlisi Salah Abdeslamın ekstradisiyası barədə vəsatətini təmin edib. 

Bu barədə məlumatı “The Daily Mail” yayıb. 

Məlumata görə, prokurorluq nümayəndələrindən hələlik rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, Salah Abdeslam istintaqla əməkdaşlığa hazır olduğunu bildirib. 

O, martın 18-də Brüsseldə polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Salah Abdeslam Parisdəki terror aktları ilə bağlı əsas şübhəlidir. İstintaq hesab edir ki, 130 nəfərin ölümünə səbəb olan terror aktlarının təşkilatçısı məhz bu şəxsdir.  (Musavat.com )

Qaynar.info