
Parisdə bir maşın pizza restoranına girib və faciəyə səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Fransa daxili işlər nazirliyinin sözçüsü Pier Henri Brandet açıqlama verərək bildirib ki, bir sürücü avtomobili ilə pizza restoranına girib və 13 yaşlı qız dünyasını dəyişib, 4 nəfəri ağır olmaqla 12 nəfər yaralanıb.
Qeyd edək ki, sürücü bilərəkdən maşını restorana sürüb. Avtomobili idarə edən şəxs dərhal həbs edilib.
Gülşən
Qaynarinfo.Az