Xəbər lenti

Parisin baş ravvini yəhudiləri seçkidən sonra Fransanı tərk etməyə çağırdı
Dünya 11:35 03.07.2024

Parisin baş ravvini yəhudiləri seçkidən sonra Fransanı tərk etməyə çağırdı

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda ifrat sağçı "Milli birlik” partiyası qalib gəlib. İkinci yerdə ifrat solçu "Yeni xalq cəbhəsi” ittofaqı qərarlaşıb. 

Qaynarinfo xəbər verir ki, "BILD”in köşə yazarı Filip Pyatovun qeyd etdiyi kimi, islamçıları dəstəkləyən və İsrailə nifrət edən həm sağçı millətçilər, həm də ifrat solçular yəhudilər üçün təhlükəyə çevrilə bilər.

"Bu gün aydındır ki, yəhudilərin Fransada gələcəyi yoxdur. Mən hər bir gəncə İsrailə və ya daha təhlükəsiz ölkəyə getməyi məsləhət görürəm. Bir çox yəhudi ailəsi əvvəllər "Milli birlik” partiyasına səs verməyi ağlına belə gətirə bilmirdi, lakin son vaxtlar solçular antisemitə çevrilib. Yəhudilər ortada qalıb və kimin onlara daha çox nifrət etdiyini bilmirlər”, - Parisin Böyük sinaqoqun baş ravvini Moşe Sebbaq "Jerusalem Post” qəzetinə deyib.

Sebbaqa görə, solçular Fransaya kütləvi immiqrasiyanı dəstəkləyir. Amma bir çox miqrantlar, xüsusən də müsəlmanlar Fransa cəmiyyətinin bir hissəsi olmağa hazır deyillər. Onların arasında antisemitizm hissləri güclüdür. İyun ayında üç müsəlman yeniyetmə 12 yaşlı yəhudi qızı Paris yaxınlığında Kurbevuada zorlayıb. Onlar ondan İslamı qəbul etməyi və "Allahın adı ilə” susmağa and içməyi tələb ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->