Xəbər lenti

Parkinqə görə 105 min dollar cərimə
Dünya14:00 26.08.2013

Parkinqə görə 105 min dollar cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Çikaqo ştatının sakini olan bir qadın parkinqə görə 105 min dollar cərimə olunub.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildə Cennifer Fiçceraldın sevgilisi maşını Ohara beynəlxalq hava limanında park edib. Qadın isə aeroportun qapalı hissəsinə buraxılmadığı üçün maşınını götürə bilməyib. Bununla belə, həmin müddət ərzində Fiçceralda 678 dəfə cərimə talonu gəlib. Bu cərimələrin miqdarı isə avtomobilin qiymətini dəfələrlə üstələyib. Qadın maşını qeydiyyatdan çıxardana və nömrələrini ləğv edənə qədər cərimələr gəlməkdə davam edib.

Yalnız ötən il Fiçcerald maşınını hava limanının ərazisindən çıxara bilib və şəhər hakimiyyətini məhkəməyə verib.

Qaynar.info