Xəbər lenti

Parlament baş nazir və kabinetini istefaya yolladı
Dünya05:35 19.03.2019

Parlament baş nazir və kabinetini istefaya yolladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Haiti millət vəkilləri ölkənin baş naziri Yan-Henri Şanın və nazirlər kabinetinin istefasını qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hökumət 93 millət vəkilinin səs çoxluğu ilə istefaya göndərilib.
İndi ölkəyə yeni baş nazir təyin edilməsi üçün dövlət başçısı ilə parlament arasında məsləhətləşmələr aparılmalıdır.
Deputatlar baş nazirin fəaliyyətini mənfi qiymətləndirərkən, yarım ildir vəzifəyə təyin olunmasına baxmayaraq, Sean əhalisinin yaşayış şəraitini və iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməsini əsas göstəriblər.