Xəbər lenti

Parlamentdə qanlı dava - FOTOLAR
Dünya10:11 15.02.2014

Parlamentdə qanlı dava - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Millət Məclisində Hakimlər və Prokurorlar Ali təşkilatının qanunverici təklifinin müzakirəsi zamanı dava düşüb.

Aldığı zərbələr nəticəsində burnu qanayan CHP-li Zonquldağ millət vəkili Əli İhsan Köktürk xəstəxanaya qaldırılıb. Hakimlər və Prokurorlar Ali təşkilatının qanun təklifinin müzakirəsində kürsüdə çıxış edən CHP sədrinin müavini Bülənt Tezcan sui-istifadələr üzərindən hökuməti tənqid edib. Xəbərdarlıqlara baxmayaraq, kürsüdən düşməyən Bülent Tezcana AKP-li millət vəkilləri reaksiya göstərib. Daha sonra AKP millət vəkili Bayram Özçelik kürsüdəki Tezcanın yanına gedib və aralarinda mübahisə yaranıb. Nəticədə bir-birilərinə yumruq atıblar. Bu yumruğun ardından Millət Məclisi bir-birinə qarışıb. CHP-li millət vəkili Əli İhsan Köktürk xəstəxanaya qaldırılıb.   

Qaynar.info